!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP29 çərçivəsində geniş İMKANLAR: “Azərbaycan qlobal problemlərin həll olunduğu məkana çevrilib”

!Reklam – Yazi

“Azərbaycan artıq bir dünya dövləti olduğunu keçirdiyi beynəlxalq tədbirlərlə sübut edir. Artıq ölkəmiz qlobal problemlərin müzakirə və həll olunduğu məkana çevrilib. Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bunun daha bir bariz nümunəsidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.

COP29-la bağlı fikirlərini bölüşən həmsöhbətimiz əlavə edib ki, iqlim dəyişmələri ən təhlükəli və qarşısının alınması vaxt tələb edən qlobal problemlərdən biridir:

“Bu gün iqlim dəyişmələrinin mənfi təsirlərini və ətraf mühitin dayanıqlığını araşdırıb önləyici tədbirlərin görülməsi çox aktualdır. Çünki iqlim dəyişmələrinin fəsadları hər bir ölkəyə təsir edir. İqlim dəyişmələrinin təsirlərinə cəmiyyətin müxtəlif təbəqələri məruz qalır. Bu baxımdan, ölkəmizdə cəmiyyətin bütün üzvləri iqlim dəyişikliyi ilə bağlı həllərə öz töhfəsini verməyə çalışır”.

“İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın COP heyəti çox səmərəli işləyir. “Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırıla bilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir”, – deyə dövlətimizin başçısı əlavə edib”.

Onun sözlərinə görə, COP29 çərçivəsində bu fəaliyyətlərin göstərilməsi üçün çox geniş imkanlar yaradılıb:

“Buna görə də cəmiyyətin hər bir üzvü iqlim dəyişmələrinə qarşı mübarizə istiqamətdə ambisiyalarını artırır. Ölkəmiz yaşıl dünya naminə beynəlxalq həmrəylik çağırışı edir. Azərbaycan ev sahibliyi edəcəyi COP29-la beynəlxalq ictimaiyyəti iqlim dəyişmələri ilə mübarizəyə səfərbər edəcək. İnanırıq ki, COP29 günlərində iqlim prosesində hamın səsi eşidiləcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv