!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP29-un ölkəmizə qazandıracağı iqtisadi PERSPEKTİVLƏR

!Reklam – Yazi

“COP29 tədbirinin ölkəmizdə keçirilməsi xaricdə tətbiq və istifadə edilən yeni texnika və texnologiyaların ölkəmizə gətirilməsinə və istehsal, emal proseslərinə cəlb edilməsində müstəsna rolu olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında COP29 tədbirinin Azərbaycanda keçirilməsinin ölkəmizə qazandıracağı iqtisadi perspektivlər barədə danışan iqtisadçı Eldəniz Əmirov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan özünün üçüncü enerji strategiyası olan alternetiv enerji strategiyasının icrasına başlayıb.

“COP29 məhz Azərbaycanın bu strategiyasının uğurla həyata keçirilməsində öz töhfəsini vermiş olacaq. Eyni zamanda, ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına dairəvi, düzxətli iqtisadiyyatın dairəvi iqtisadiyyatla əvəz edilməsi üçün əlavə fürsətlər yaradacaq. Düşünürəm ki, eyni zamanda daha effektiv və məhsuldar sənayeyə keçid üçün imkanlar yaradacaqdır. COP29 tədbirinin ölkəmizdə keçirilməsi xaricdə tətbiq və istifadə edilən yeni texnika və texnologiyaların ölkəmizə gətirilməsinə və istehsal, emal proseslərinə cəlb edilməsində müstəsna rolu olacaq”, – deyə o bildirib.

E.Əmirov qeyd edib ki, bu tədbirin keçirilməsi xarici investorların ölkəmizi daha yaxından tanımasında öz rolunu oynayacaq.

“Turizm sektorunun inkişafına da öz töhfəsini vermiş olacaq. Yeni iş yerlərin yaradılmasına, məşğulluğun artırılmasına öz töhfəsini vermiş olacaq. Yəni, COP29-un Azərbaycan iqtisadiyyatına faydaları həddindən artıq çoxdur. Hesab edirəm ki, 2011-ci ildən başlayaraq, Azərbaycanın keçirdiyi bütün beynəlxalq tədbirlər silsiləsinə COP29 birmənalı olaraq başçılıq edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv