!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP29-un vəd etdiyi PERSPEKTİVLƏR – “Ölkəmiz iqlim sammitinə daha məsuliyyətlə hazırlaşır”

!Reklam – Yazi

“Ölkəmiz iqlim sammitinə daha məsuliyyətlə və xüsusi təşəbbüskarlıqla hazırlaşır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili COP29-un ölkəmiz üçün önəmindən və gələcək perspektivlər barədə danışıb.

Onun sözlərinə görə, Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə mübarizəni ümumi strateji məqsədlərindən biri hesab edir və qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirməkdədir.

“Ölkəmiz hələ iqlim sammitinə namizədliyinin irəli sürülməmişdən əvvəl COP sammitlərində də fəal iştirak edib, özünün təşəbbüskarlığı ilə seçilib, karbon-dioksid (CO2) emissiyasının azaldılması üçün beynəlxalq koalisiyanı daha sıx əməkdaşlığa dəvət edib. Həmçinin, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tamhüquqlu üzvü kimi istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəlikləri də tam şəkildə yerinə yetirib.

Azərbaycanın ekoloji mühitin sağlamlaşdırılması ilə bağlı bu təşəbbüskarlığı və bu istiqamətdə sarsılmaz iradəsi dünya birliyində məsuliyyətli və etibarlı dövlət imici qazandırıb, bu etimadın nümunəsi kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Zirvə sammitinin Bakıda keçirilməsinə yekdilliklə qərar verilib”.

A.Hüseynov qeyd edib ki, COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb:

“Həmin təşəbbüslərin müəyyən olunması zamanı dünya ictimaiyyətinin gözləntiləri nəzərə alınıb və aktual problemlərə diqqət yetirilib. Azərbaycan ev sahibi olaraq qısa müddət ərzində təşkilatı işlərin böyük hissəsini yekunlaşdırıb, COP29 sədrliyinin ofisi formalaşdırılıb, həmçinin “COP29 Azərbaycan Əməliyyat Şirkəti” təsis edilib, Bakı Olimpiya Stadionu əsas tədbir məkanı olaraq seçilib. Ölkəmiz rəsmi prosesə əlavə olaraq, COP29 Fəaliyyət Proqramını əlavə etməklə COP ailəsində öz yeni yanaşmalarını da təqdim etməkdədir”.

“Azərbaycanın sədrliyi dövründə şəffaflıq prinsipi mövzusu da həllini tapıb, “Bakı Qlobal İqlim Şəffaflığı Platforma”sı təsis edilib. Platforma çərçivəsində kommersiya tərəfi olan ölkələr noyabrda keçiriləcək 29-cu sessiyaya qədər öz şəffaflıq hesabatlarını təqdim edəcəyini bildirib. Ölkəmiz iqlim sammitinə daha məsuliyyətlə və xüsusi təşəbbüskarlıqla hazırlaşır. Bu da onu göstərir ki, Azərbaycanın məsuliyyətli ölkə kimi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirərək bu beynəlxalq tədbiri də ən yüksək səviyyədə təşkil edəcək”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv