Corc Kluninin arvadı soyadını dəyişdi

media-hightechnic-468x90

72256Hollivud aktyoru Corc Kluninin həyat yoldaşı vəkil Amal Alamuddin ərinin soyadını götürüb.

Londonun “Doughty Street Chambers” hüquq şirkətinin saytında vəkil artıq Amal Alamuddin Kluni kimi təqdim edilib. Lakin onu Amal Kluni kimi də tapmaq mümkündür.

Amalın soyadı dəyişəndən sonra hüquqşünas şirkətinin portalı çoxsaylı müraciətlər üzündən öz fəaliyyətini dayandırıb.

53 yaşlı Corc Kluni və 36 yaşlı Amal Alamuddin 27 sentyabrda Venesiyada evləniblər. Toy mərasimi dörd gün davam edib. 2014-cü ilin aprel ayında nişanlanmışdılar.

Yeni evlənənlər artıq işə geri dönüblər. Amal Afinadadır. Onu Yunanıstan dövlətinin birinci simaları ilə görüş gözləyir. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600