Çörək sexində fəhlə iş yoldaşını öldürüb
Bakıda qətl törədilib.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Aşıq Ələsgər küçəsində yerləşən çörək sexinin qarşısında qeydə alınıb. Çörək sexində fəhlə işləyən Elşad Kərimov iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin motivi hələlik məlum deyil.
Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. (apa.az)