Cüdo üzrə Avropa çempionatı Bakıda keçiriləcək

media-hightechnic-468x90

83885Cüdo üzrə Avropa çempionatı Bakıda keçirilə bilər.

Yenicag.az apa-ya istinadən bildirir ki, buna səbəb Böyük Britaniyanın Qlazqo şəhərinin Avropa çempionatını keçirmək hüququndan məhrum edilməsidir. Belə ki, Qlazqo çempionatın keçirilməsi haqqında olan müqavilədəki öhdəliklərini yerinə yetirməyib. Bu səbəbdən də cüdo üzrə Avropa şurası çempionatın Bakıda keçirilməsini istisna etmir. Belə olan halda çempionatın gələn il baş tutacaq ilk Avropa Olimpiya Oyunları çərçivəsində paytaxtda keçiriləcəyi gözlənilir.

Həmçinin bildirilir ki, cüdo üzrə Avropa çempionatının təşkil edilməsi üçün Fransa, Hollandiya, Türkiyə və Finlandiyanın Cüdo Federasiyalarından təkliflər gəlib.

Qeyd edək ki, ilk Avropa Olimpiya Oyunları 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək. Oyunlar çərçivəsində 20 idman növü üzrə yarışlar keçiriləcək. Bunların 16-sı olimpiya idman növləridir. Turnirdə 6 min idmançı yarışacaq, həmçinin cəmi 239 dəst medal oynanılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600