Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) Show TV-ni cəzalandırıb.
Yenicag.az xəbər verir ki, buna səbəb kanalda yayımlanan “Çukur” serialında silahın təbliği, qorxu, şiddət və işgəncə səhnələrinə yer verilməsidir.
RTÜK iki ay bundan əvvəl də kanalın qayda pozduğunu, bu səbəbdən cərimələndiyini qeyd edib. Bundan əlavə, qurum sözügedən serialdan qaynar xətlərinə 3 min 382 şikayət daxil olduğunu açıqlayıb.
Şuranın 6112 saylı qanununun 8-ci bəndinə əsasən, ekran işindən əldə olunan gəlirin yüzdə 2 faizi RTÜK-ün hesabına köçürülməlidir./Qafqazinfo/
www.yenicag.az