“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları, …”

media-hightechnic-468x90

76653“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları başqa səviyyəyə keçirməyin vaxtıdır”.Bu sözləri ABŞ-ın İrəvandakı səfirliyində keçirilən mətbuat konfransında çıxış edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Amerikalı həmsədrin sözlərinə görə, İrəvanda prezident Serj Sarkisyanla görüşü nəzərdə tutulub. İki həftə sonra isə Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə Nyu-Yorkda görüşəcək:

Ceyms Uorlik danışıq prosesinin 20 ildir ki davam etməsi səbəbindən insanların qəzəbli olmasını başa düşür: “Müharibə hər iki tərəf üçün çox qəddar olub və biz istəmirik ki, o təkrarlansın. Belə bir mühüm problem ətrafında danışıqlar heç vaxt asan olmur, lakin mən dediyim kimi hazırda çox yaxşı pəncərə görünür. Artıq danışıqları başqa səviyyədə aparmaq lazımdır. Artıq prezidentlər və ya xarici işlər nazirlərinin zaman-zaman baş tutan görüşləri kifayət etmir. Rəsmi danışıqlar prosesi olmalıdır və tərəflər qərar verməlidirlər ki, bu proses necə davam etməlidir. Biz onları dəstəkləməyə hazırıq. Biz son yekun nəticəni təqdim etmək istəmirik. Biz istəyirik ki, problemin həllinə gətirib çıxaracaq proses olsun.

Diplomat qeyd edib ki, hər iki ölkə prezidentlərinin görüşü və müzakirələri davam etdirməsi çox vacibdir və yekun nəticəyə ancaq prezindetlərin görüşündən sonra gəlmək olar. Eyni zamanda, Əliyev və Sarkisyan verdikləri qərara görə məsuliyyət daşımalıdırlar:

Uorlikin jurnalistlərlə görüşü Azərbaycanda da keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600