“…Dağlıq Qarabağın Ermənistana verilməsini təmin etməyə çalışırlar”

media-hightechnic-468x90

publika.az1423728993atet_bayraq_288477485Akif Nağı: “Sabiq həmsədrlərin bu fikirləri əslində onların təmsil etdiyi dövlətlərin siyasətidir, verilən tapşırıqdır”

 Bu günlərdə İrəvanda keçirilən NATO-nun “Rose-Roth” Parlament Assambleyasının 29-cu seminarında ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Jak For belə bir iddia ilə çıxış edib ki, Qarabağı Azərbaycana qaytarmaq mümkün deyil: “Qarabağ əhalisi ermənilərdir və o, statusunu dəyişmək istəmir”.

akif_nagiQarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında bildirdi ki, Minsk qrupu həmsədrləri bu postu tərk etdikdən sonra, əsl simalarını açıb tökürlər: “Minsk qrupunun həmsədrləri bu postu tərk etdikdən sonra həqiqi simalarını açaraq, mövqelərini ortaya qoyurlar. Bir müddət öncə Minsk qrupunun Amerikadan olan sabiq həmsədri Co Freyzer də bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağla bağlı xülyalarından əl çəkməlidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıtmayacaq. Rusiyalı keçmiş həmsədr Kazimirov da tam açıq şəkildə ermənipərəst mövqe sərgiləyir. Bu məqam onu göstərir ki, həmsədrlikdən getdikdən sonra dedikləri həmin sözlər şəxsi təşəbbüslərinin məhsulu deyil. Bu onların təmsil etdiyi dövlətlərin siyasətidir, verilən tapşırıqdır. Həmsədrliyə kim gəlsə də, onlar hesab edir ki, fəaliyyət göstərdikləri dövrdə yarım açıq, yaxud gizli formada Dağlıq Qarabağ itkisilə razılaşmağa Azərbaycanı məcbur etməlidirlər. Vəzifədə olanda onlar bu mövqeni gizlədir, amma örtülü şəkildə bu siyasəti yürüdürlər. Lakin postu tərk etdikdən sonra isə bu fikirləri açıq şəkildə deməkdən özlərini saxlaya bilmirlər. Dəfələrlə demişik ki, Minsk qrupunun həmsədrləri Qarabağ məsələsinin həllinə çalışmırlar. Onlar Dağlıq Qarabağı, ətrafdakı bir neçə ərazi ilə birlikdə Ermənistana verilməsini təmin etməyə çalışırlar. Jak Forun da dedikləri məhz bunun göstəricisidir”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600