Reklam

Reklam

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyevin və prezidentliyə namizədliyi “AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Yenicag.az xəbər verir ki, namizədlərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, həmin şəxslər imza namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər. Onların qeydə alınması üçün əsaslar var.

Hər 3 şəxsin prezidentliyə namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, prezidentliyə qeydə alınmış namizədlərin sayı 7-yə çatıb

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onlardan yalnız namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. MSK daha sonra Zahid Orucun, Qüdrət Həsənquliyevin, Araz Əlizadənin prezidentliyə namizədliyini qeydə alıb.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Yenicag.Az - www.yenicag.az

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."