Daha 328 mənzil kirayə üsulu ilə satışa çıxarıldı

media-hightechnic-468x90

Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzil vətəndaşların seçiminə verilir.

Bu barədə Yenicag.az-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Qeyd edilib ki, mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır:

“Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4434 vətəndaşla kirayə müqaviləsi bağlanıb”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600