“Milliyətindən, dinindən, irqindən asılı olmayaraq əsirə işgəncə etmək olmaz”.
Bunu erməni əsirliyində olan əsgərimizə qarşı edilən işgəncəni sərt şəkildə pisləyən hərbi ekspert Telman Qasımlı Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, münaqişəli ərazi olan hər yerdə götürülən əsirə işgəncə tətbiq etmək halı baş alıb gedir:
“Əsirlərə işgəncə tətbiq edilməsinin qarşısını almaq mümkün deyil. Həyatın bumeranq olduğunu anlamaq lazımdır. Nə edirsənsə, eynisi ilə qarşılaşacağını bilməlisən. Əsirə işgəncə bağışlanmaz addımdır. Əsirlərin qorunması üçün yaradılan beynəlxalq qurum (bu işləri yerinə yetirən Cenevrə Konvensiyasına əsasən Haaqa məhkəməsidir – red.) işini yetərincə görə bilmir. Milliyətindən, dinindən, irqindən asılı olmayaraq əsirə işgəncə etmək olmaz. Əsirlərlə bağlı qəbul olunmuş beynəlxalq normalara riayət etmək lazımdır.
Hansısa terrorçu terror fəaliyyəti zamanı əsir götürüldükdə məsələ dəyişə bilər. Həmin şəxsə nəinki işgəncə vermək, dərisin belə soymaq lazımdır. Lakin əsir götürülən şəxs əsgərdir. Ən azından onun üzərindəki hərbi mundirə hörmət olunmalıdır”.
Nəsimi Ələsgərli
www.yenicag.az