Daha bir nəfər xilas olundu

media-hightechnic-468x90

39b19178bef08d19d7683e4cb473a98bOxot dənizində “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin batdığı yerdə aparılan xilasetmə işləri nəticəsində daha bir Azərbaycan vətəndaşı xilas edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xilas olunan şəxs Əliyev Yaşar Sərdan oğludur.

***
Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Azərbaycan vətəndaşları aşağıdakılardır:

Səfərov Məhəmməd Səfər oğlu (12.02.1964)

Talıbov Mayilağa Ulduz oğlu (28.12.1964)

Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987)

Əliyev Elman Sərdan oğlu (17.10.1964)

Şakirov Fazil Bilal oğlu (23.10.1959)

Əliyev Yaşar Sərdan oğlu (13.03.1975)

Sadıqov İməməddin Hidayət oğlu (23.02.1969).

M. Talıbov, E. Əliyev və İ. Sadıqov qəzadan sonra xilas edilənlər arasındadır. Digərlərinin taleyi barədə hələlik məlumat yoxdur.

Elman və Yaşar Əliyevlərin qardaş olduğu bildirilir.

Xatırladaq ki, qəza zamanı 54 nəfərin öldüyü barədə xəbər yayılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600