Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha bir ölkə viza verilməsini dayandırdı

Koronavirusun yayılması təhlükəsi səbəbi ilə İsveçrənin Azərbaycandakı səfirliyi Şengen, o cümlədən İsveçrə üçün milli vizaların verilməsini 15 iyun 2020-ci ilədək dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yuxarıda göstərilən tarixdən əvvəl viza üçün sənədlərin qəbulu yalnız müstəsna vəziyyətlərdə həyata keçiriləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 225 min nəfəri keçib. 9 276 nəfər isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Daha əvvəl Almaniyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdığını açıqlamışdı./Report/

Loading...

www.yenicag.az

314
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100