Şimali Kiprdə koronavirusa ilk yoluxma halı aşkarlanıb.
Yenicag.az “Hürriyyət”ə istinadən xəbər verir ki, bu barədə Şimali Kiprin Səhiyyə naziri Əli Pilli məlumat verib.
O bildirib ki, Almaniyadan ölkəyə gələn 65 yaşlı turistdə koronavirus aşkarlanıb. Turistlə birlikdə gələn digər 30 nəfər də karantinə alınıb. Həmçinin almaniyalı turistin qaldığı otelin də karantinə alınacağı bildirilir.
www.yenicag.az