Daha bir süpürgəçi qadın faciəsi
Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniçağ.az-ın Report-a istinadən məlumatına görə, hadisə Bərdə-Tərtər yolunda qeydə alınıb.
Belə ki, Bərdə rayon Yaşıllaşdırma və Təsərrüfat İdarəsinin işçisi, 1954-cü il təvəllüdlü Məlahət Xanlar qızı Yusifovanı sürücüsü hələlik məlum olmayan “NAZ-Lifan” markalı avtomobil vurub. Hadisədən sonra sürücü qaçıb. Qəza nəticəsində M.Yusifova ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Yeniçağ.az