Daha iki jurnalist azadlıqdan məhrum edildi

media-hightechnic-468x90

İranda peşə fəaliyyətlərinə görə daha iki jurnalistə həbs cəzası verilib.

Yenicag.az xəbər verir ki, bu barədə məhkum edilən yazıçı və jurnalistlərdən biri – Səidə Şəfii sosial media kanalında məlumat yayıb.

O özü və Nəsim Sultanbeygiyə qarşı “hökumət əleyhinə təbliğat”, “toplaşmaq və əlbir olmaq” ittihamlarının irəli sürüldüyünü yazıb.

Hər iki jurnalistə ayrı-ayrılıqda 4 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə yaxın jurnalist həbs edilib. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600