Rumıniyada və Norveçdə yeni növ ( COVID-19) koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yoluxma halı Rumıniyada Qorj qəzasında yaşayan şəxsdə aşkarlanıb. Məlumata görə, bu şəxsə virus 18-22 fevral tarixində ölkədə səfərdə olan İtaliya vətəndaşından keçib.
Norveçdə isə yeni növ koronavirusa ilk yoluxma halı Tromsö şəhərinin sakinində qeydə alınıb.
Qeyd edək ki, koronavirusa yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.