!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha üç rayonda 15 modul tipli məktəb quraşdırılacaq

!Reklam – Yazi

Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 min manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən, Cəlilabadın Türkelli, Qarağac, Ağusəm, Oğrubulaq, Hacıməmmədli, Lallar, Hacıcavad, Ətcələr, Ləzran, Suluçeşmə, Masallının Şıxlar, Bala Təklə, Yardımlının Şıxlar, Bilnə, Avun kəndlərində modul məktəblər quraşdırılacaq.

COP29

www.yenicag.az

1412
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv