Dairəvi yolun hərəkəti bərpa olundu

media-hightechnic-468x90

images_1_1345203487Sentyabrın 4-dən 5-nə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsində (“Sədərək” ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti bərpa olunub.

Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun qeyd olunan hissəsində asfalt-beton örtüyünün aşınma qatının yenilənməsi və xətlənmə işləri nəzərdə tutulan müddətdə başa çatdırılıb.

Xatırladaq ki, Bakı dairəvi yolunun qeyd olunan hissəsi təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə bağlanıb. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600