Darvaza üstünə aşdı

media-hightechnic-468x90

24066 (1)Göygöl rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Həsənov Vilayət Qənbər oğlu darvazanın aşması nəticəsində dünyasını dəyişib. Məlumata görə, ev tikintisi üçün əraziyə sement gətirən “ZİL” markalı yük avtomobili geriyə hərəkət edərkən darvazaya dəyib və dəmir qapı ətraf mişar daşları ilə birlikdə yaxınlıqda olan V. Həsənovun üzərinə düşüb. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600