Reklam

Reklam

65001Yenicag.az anspress-ə istinadən bildirir ki, Malayziyanın Kalimantan adasında yerləşən Sabah ştatının üç mindən çox sakini adanın qərb sahillərinə yağan leysan yağışların əmələ gətirdiyi daşqınlar nəticəsində təxliyə olunub.

Təbii fəlakətin əsas zərbəsi çayların daşması nəticəsində əlaqənin tamamilə kəsildiyi Bofor və Mambakut şəhərlərinə dəyib. Fəlakət rayonunda su basmış evlərini tərk edən əhalini yerləşdirmək üçün beş təxliyə mərkəzi yaradılıb. Qonşu Filippindən gələn buludların gətirdiyi güclü mussonlar vəziyyəti daha da ağırlaşdırır.

Bu, son yarım ildə həmin ştatın ərazisində baş verən üçüncü güclü daşqındır.

Malayziyanın qərb və şimal ştatları ötən ilin dekabrında son yarım əsrin ən güclü daşqınlarına məruz qalıb. Təbii fəlakət nəticəsində 400 min insan Kelantan, Trenqanu, Pahanq, Kedah və Perak ştatlarında öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Ölkə iqtisadiyyatına dəyən ümumi zərərin 2,9 milyard rinqit (təqribən 810 milyon dollar) təşkil etdiyi bildirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."