!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davamçı gənclər Ali Məhkəmənin inzibati binası ilə tanış oldular

!Reklam – Yazi

“Davam” Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasına tanışlıq səfəri təşkil olunub.

Davamçı gənclər ilk olaraq inzibati binada yerləşən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş xatirə muzeyi ilə, sonra isə mülki və cinayət kollegiya, plenum, konfrans və oxu zalları, elektron kitabxana ilə tanış olublar.

Tanışlıq səfəri çərçivəsində gənclərə məhkəmənin əsas fəaliyyət istiqamətləri, qarşıda duran prioritet məqsədlər barədə ətraflı məlumat verilib.

Sonda xatirə fotoları çəkilib.

Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun məqsədi həm gənc hüquqşünasları, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv