Davos İqtisadi forumu sabah başlayacaq

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.

Yenicag.az xəbər verir ki, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Prezident İlham Əliyevin “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub.