Davudoğlu İrana gedir

media-hightechnic-468x90

131277_res_01 (1)Türkiyənin baş naziri Əhməd Davudoğlu gələn həftə İrana səfər edəcək.

Bunu İran Milli Neft Şirkəti nazirinin müavini Məhəmmədrza Müqəddəm mətbuat konfransında bildirib.

M.Müqəddəmin sözlərinə görə, bu səbəbdən İranda keçirilməsi nəzərdə tutulan neft sənayesi və müqavimət iqtisadiyyatına dair toplantı təxirə salınıb.

Nazir müavini Əhməd Davudoğlunun səfəri haqda əlavə məlumat verməyib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Türkiyə-İran Yüksək Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün aprelin ortalarında Türkiyəyə səfər edəcəyi gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa