Davudoğlu Obama ilə Suriyadan və Myanmardan danışdı

media-hightechnic-468x90

10799284_570981136365250_2085847017_nTürkiyənin Baş naziri Əhməd Davudoğlu G-20 zirvə toplantısında ABŞ prezidenti Barak Obama ilə görüşüb. Görüşdə Suriya və İraq məsələlərini müzakirə olunduğu bildirilir.

Yenicag.az Türkiyə mətbuatına istinadən bildirir ki, Toplantıda Əhməd Davudoğlu həmçinin bir sıra hökumət başçılarıyla da görüşüb. Daha sonra Əhməd Davudoğlu, Fransa prezidenti Fransua Holland, ABŞ prezident Barak Obama və Yaponiya dövlət başçısı  Şinzo Abe birgə nahar ediblər.

Uzun sürən görüşmədə  Əhməd Davudoğlu ilə Barak Obama arasında Myanma müsəlmanlarının hüquqları məsələsi də müzakirə olunub.

Qeyd edək ki, mətbuat üçün bağlı elan edilən Brisban Konfransında Barak Obama, Əhməd Davudoğlu, Vladimir Putin və Devid Kamerun bir araya gəliblər.

Konfransın sonunda hökumət başçıları ailə fotosu çəkdiriblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa