Daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanıldı

media-hightechnic-468x90

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.

Yrenicag.az xəbər verir ki,  bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı özünü şübhəli apardığından, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. O gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılacağı zaman daxili orqanında narkotik vasitə olduğunu etiraf edib. Müayinə zamanı onun daxili orqanı – düz bağırsağında yapışqanlı lentə bükülmüş 2 ədəd bükümdə ümumi çəkisi 51 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə – heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600