Yemək yedikdən bir qədər sonra təkrar aclıq hiss edirsiniz? Gün ərzində dayanmadan yemək istəyiniz varsa, bu, orqanizminizdəki problemlərdən xəbər verir. Belə ki, həzm sistemində yaranan pozuntular, hərəkətsizlik, özünü bədbəxt hissetmə kimi problemlər sizi daha çox yeməyə vadar edə bilər.
– Aclıq hissini aradan qaldırmaq üçün ilk növbədə yeməyinizi kiçik hissələrə bölərək, fasilələrlə yeyin. Unutmayın: nə qədər tez doyursunuzsa, o qədər də tez acıyacaqsınız.
– Günəş şüalarının əskikliyi insanlara çox pis təsir edir. Bu cür orqanizm bir müddət sonra yağlı və şirin yeməklər tələb edir. Bunun əsas səbəbi günəş şüasının düşmədiyi yerlərdə insanın özünü bədbəxt hiss etməsi və endorfin hormonunun çatışmazlığıdır.
– Mümkün qədər şirniyyatdan uzaq olun. Çünki şirniyyat qanda şəkərin miqdarını yüksəldir və bunun qarşısını almaq üçün bədəndə avtomatik olaraq insulin hormonu ifraz olunur. İnsulin isə aclıq hissinin yüksəlməsinə səbəb olur.
– Gündə ən azı 2,5 litr su için. Beləliklə, mədəniz heç vaxt boş qalmayacaq və aclıqdan xilas olacaqsınız.
– Lifli qidalar qəbul edin. Bu cür məhsullar mədədəki öd şirəsini canına çəkir və beləliklə, toxluq hissi yaradır. Bu qəbildən olan meyvə və göyərti sizi həm vitaminlə təmin edəcək, həm də aclığı aradan qaldıracaq.
– Tez-tez dərman qəbul edirsinizsə, çox diqqətli olmalısınız. Çünki kimyəvi dərmanların bir çoxu daha çox yeməyə tələbat yaradır. Miqren, allergiya, anti-depressant dərmanlar doyma reseptorlarına mənfi təsir göstərir.
www.yenicag.az