Rusiyada keçirilən dünya çempionatı davam edir.
Yenicag.az xəbər verir ki, bu gün E və F qruplarında mübarizəyə yekun vurulub.
Keçirdiyi iki oyunda qazandığı 6 xalla F qrupunun lideri olan Meksika İsveçlə üz-üzə gəlib. Bu görüşdə İsveç rəqibini darmadağın edib. Qrupun digər matçında isə Almaniya Cənubi Koreya ilə münasibətlərə aydınlıq gətirib. Son dünya çempionları bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşərək, qrupda qalıblar.
E qrupunda isə 3 komandanın 1/8 final şansı vardı. Əsas diqqətlər Serbiya – Braziliya matçına yönəlib. Burada qalib gələn tərəf pley-offa çıxacaqdı. Mərhələ adlamaq üçün Braziliyanı 1 xal da qane edirdi. Cənubi amerikalılar bu görüşdə inamlı qələbə sayəsində istəklərinə çatıblar.
İsveçrə millisinin isə işi nisbətən daha asan idi. Çünki Avropa təmsilçisi Kosta-Rika ilə görüşdə uduzmamaqla adını 1/8 finala yazdıracaqdı. Braziliya serblərə qalib gəlsəydi, o zaman İsveçrə məğlub olacağı təqdirdə belə, mundialdakı çıxışını davam etdirəcəkdi. Amma bu görüşdə heç-heçə qeydə alınıb və İsveçrə də növbəti mərhələyə çıxıb.
DÇ-2018
27 iyun
F qrupu
18:00. Cənubi Koreya – Almaniya 2:0
Qollar: Kim Yonq Qvon, 90+4, Son Hun Min, 90+6.
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”
18:00. Meksika – İsveç 0:3
Qollar: Lüdviq Auqustinsson, 50, Andreas Qranqvist, 62-pen, Edson Alvarez, 74-avtoqol.
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena”
E qrupu
22:00. Serbiya – Braziliya 0:2
Qollar: Paulinyo, 36, Tyaqo Silva, 68.
Baş hakim: Alireza Faqani (İran)
Moskva. “Spartak” stadionu
22:00. İsveçrə – Kosta-Rika 2:2
Qollar: Blerim Cemaili, 31, Yosip Drmiç, 88 – Kendal Uoston, 56, Yan Zommer, 90+3-avtoqol.
Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion
www.yenicag.az