DÇ-2018: İspaniya millisinin heyəti açıqlandı

media-hightechnic-468x90

İspaniya millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Yenicag.az xəbər verir ki, yığmanın baş məşqçisi aşağıdakı futbolçulara dəvət göndərib:

Qapıçılar: David De Xea (“Mançester Yunayted”, İngiltərə), Kepa Arrizabalaqa (“Atletik”), Pepe Reyna (“Napoli”, İtaliya);

Müdafiəçilər: Dani Karvahal, Serxio Ramos, Naço (hamısı “Real”), Jerar Pike, Xordi Alba (hər ikisi “Barselona”), Alvaro Odriozola (“Real Sosyedad”), Sezar Azpilikueta (“Çelsi”, İngiltərə), Naço Monreal (“Arsenal”, İngiltərə);

Yarımmüdafiəçilər: İsko, Marko Asensio, (“Real”), Serxio Buskets, Andres İnyesta (“Barselona”), Koke, Saul Niges (hər ikisi “Atletiko”), Tiaqo Alkantara (“Bavariya”, Almaniya), David Silva (“Mançester Siti”, İngiltərə);

Hücumçular: Dieqo Kosta (“Atletiko”), Rodriqo (“Valensiya”), İaqo Aspas (“Selta”), Lukas Vaskes (“Real”).

Qeyd edək ki, mundialda B qrupunda yer alacaq İspaniya millisi İran, Mərakeş və Portuqaliya ilə mübarizə aparacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600