Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

DÇ-2018: Onun komanda yoldaşları ilə eyni sudan içməsi qadağandır!

Reklam: High Technic

Rusiyada keçirilən dünya çempionatında iştirak edən Meksika millisinin kapitanı Rafael Markes ABŞ dövləti tərəfindən qara siyahıya salınıb.

Yenicag.az xəbər verir ki, buna səbəb 39 yaşlı futbolçunun narkobaron Raul Flores Hernandezlə əlaqələrinin üzə çıxmasıdır.

Bu səbəbdən təcrübəli müdafiəçinin ABŞ-da olan bank hesabları dondulub. O, narkobaronla əlaqələrinə görə bir sıra qadağalarla da üzləşib.

Qadağaya əsasən o, ABŞ firmaları və vətəndaşları ilə bir araya gələ bilməz. Buna görə də Markes nə “Budweiser” içkisinin sponsoru olduğu oyunun “ən yaxşısı” seçilə, nə də sözügedən içkidən içə bilər. O, komanda yoldaşları kimi “Powerade” (“Coca-Cola” şirkətinə məxsusdur) də içə bilmir. Bundan başqa Markez millinin kollektiv fotolarındakı loqolarından da uzaq tutulur. Markes həm də millidə qazanacağı pul mükafatlarından da imtina edib. Çünki ödənişlər beynəlxalq banklar üzərindən həyata keçirilir.

Qarşılaşmalardan sonra arxa planda sponsor reklamları görünməsin deyə, ondan müsahibə də alınmır. Məsələ burasındadır ki, dünya çempionatının baş sponsorları arasında 4 böyük ABŞ markası var. Bunlar “Visa”, “Coca-Cola”, “Budweiser” və “McDonald’s”dır. FİFA-nın özü də bu məsələ ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ dövləti son olaraq “Atlas” klubunda çıxış edən Markesin ölkədə futbol oynamağını da qadağan edib.

Emin

www.yenicag.az

2442
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100