DÇ-2018: Oyuna çıxmaqdan imtina etdi, millidən qovuldu

media-hightechnic-468x90

Futbol üzrə Xorvatiya yığmasında şok ayrılıq baş verib.

Yenicag.az xəbər verir ki, komandanın hücumçusu Nikola Kaniliç millidən qovulub.

Buna səbəb onun dünya çempionatının ilk turunda Nigeriya (2:0) ilə matçdakı davranışı olub. Belə ki, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi Zlatko Daliç onu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.

Baş məşqçi onun bu hərəkətini bağışlamayıb. Daliçin raportuna əsasən, Xorvatiya Futbol Federasiyası Kaliniçi yığmadan qovub. Ulduz futbolçu artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıdıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600