Dəbdəbəli yas mərasimi üçün rüşvət verənlər Kralın yasından utandılarmı?

media-hightechnic-468x90

yenicag_mezarƏhməd Qəşəmoğlu: “Onlar daha çox maddi üstünlüyü nümayiş etdirmək kimi meşşanlıq xəstəliyinə tutulub”

Vəfat edən Səudiyyə Ərəbistanı kralı Abdullah İslam dininə uyğun olaraq sadə formada dəfn edildi. Amma Azərbaycanda  zənginlər sanki bir-birilə yarışa girişibmiş kimi, öz yaxınlarının dəfn və yas mərasimlərini dəbdəbəli keçirmək həvəsindədirlər. Uzun llərdir ki, bu mənfi tendensiya aradan qaldırılmayıb. Son zamanlar yas mərasimlərinin sadə olması istiqamətində müəyyən addımlar atılsa da, hələ də insanlar dəfn zamanı həyata keçirilən mənfi steoreotipləri tam olaraq aradan  qaldıra bilmirlər. Səudiyyə Ərəbistanı kralının dəfn mərasimi  ilə Azərbaycanlı zənginlərin dəfn mərasimləri arasındakı fərqi müqayisə etmək üçün ekspertlərə müraciət etdik.

Sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, dəbdəbəli yas mərasimləri quran azərbaycanlılar bununla İslam dəyərlərini əsas götürmədiklərini ortaya qoymuş olurlar: “Səudiyyə Ərəbistanı krallığı vəfat edən kralını elə etdikləri kimi islam qaydalarına uyğun dəfn etməli idilər. Həmin kral özünü İslam aləminin liderlərindən biri sayırdı. O da İslam adət-ənənəsilə dəfn olunmalı idi, belə də oldu. İslam adət-ənənəsində, Qurani-Kərimdə açıq şəkildə deyilir ki, insan öləndə müsəlmanların ilk borcu cəza namazını qılıb dəfn etməkdən ibarətdir. Dəbdəbə barədə isə İslamda söhbət gedə bilməz. İslam Peyğəmbəri sadə yaşayıbsa, bütün islam aləmi də dəyərləri təbliğ edəndə bu cür etməlidir. Azərbaycanlıların dəbdəbəli dəfn olunması isə o deməkdir ki, burada İslam dəyərləri əsas götürülmür. Onlar daha çox maddi üstünlüyü nümayiş etdirmək kimi meşşanlıq xəstəliyinə tutulub. Ona görə də nümayişkaranə  şəkildə hər kəs özünün daha nüfuzlu olduğunu göstərmək üçün belə addımlara yol verirlər”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600