!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dedi, nə danışırsan, ayıbdır” – Azər İlkinin hansı təklifini RƏDD EDİB?

!Reklam – Yazi

“Həmin vaxt ona nə qədər rayonlardan, şəhərdən zənglər gəlmişdi ki, böyrəyimizi sənə verməyə hazırıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktyor İlkin Həsəni “Xəzər axşamı”nda bir neçə gün öncə həyatını itirən yaxın dostu Azər Baxşəliyevlə bağlı danışarkən deyib.

O, Azərin abırlı insan olduğunu, heç kimə əziyyət vermək istəmədiyini söyləyib:

Azər istəmirdi ki, ona görə kimsə narahat olsun. Əziyyət çəkdiyini bizdən də gizlədirdi. Soruşanda deyirdi ki, “yaxşıyam, narahat olmayın”. Bir dəfə müsahibə vermişdi, nə əcəbsə, xəstəliyi barədə danışmışdı. Həmin vaxt ona nə qədər rayonlardan, şəhərdən zənglər gəlmişdi ki, böyrəyimizi sənə verməyə hazırıq. Razılaşmamışdı. Hamımız məəttəl qaldıq ki, nə əcəb, Azər xəstəliyindən danışıb? Özündən soruşanda dedi ki, “necə oldusa, danışdım, amma istəmirəm ki, mənə görə kimsə narahat olsun”. Deyirdik, kimlərəsə zəng edək, xahiş edək, sənə köməklik göstərilsin, bu xəstəlikdən xilas olasan, razılaşmırdı ki, “ayıbdır, siz nə danışırsınız, yox bir, mənim videom, şəklim çıxsın sosial şəbəkələrdə”. Abırlı adam idi”.

Nehru

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv