DƏHŞƏT! Bakıda qadın gəlinini və nəvəsini qətlə yetirdi-Foto

media-hightechnic-468x90

6babb70fda4a3e6422d8fb918b06d7eaBakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib.

Tükürpərdici qətl Suraxanı rayonunda baş verib. Qum adası, Zeytun bağları adlanan ərazidə kirayədə qalan, 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlininin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin zədəsi alan Elnarə Nəcəfova yerindəcə keçinib.

Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək nəvəsi 6 aylıq Emilyanı boğaraq amansızlıqla qətlə yetirib. Hadisə barədə xəbər tutan qonşular dərhal polisə məlumat veriblər.

Hadisə yerində müayinə aparıldıqdan sonra cəsədlər Suraxanı rayonu Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya şöbəsinə aparılıb. Şərqiyyə Hüseynova saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600