!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DƏHŞƏT: Ərini bıçaqladı, uşağını 11-ci mərtəbədən...

!Reklam – Yazi

Türkiyənin İstanbul şəhərində dünən gecə saatlarında bıçaqlanma hadisəsi qeydə alınıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, 2 uşaq valideynləri olan A.Suat ile A.Esra arasında uzun müddətli mübahisə olub.

Məlumata görə, mübahisədən sonra əsəbiləşən və özünü itirən qadın mətbəxdən bıçaq götürərək ərinə hücum edib. Onu bıçaqladıqdan sonra isə autizmli uşağını götürərək 11-ci mərtəbənin balkonuna çıxıb. Uşağı aşağı salladaraq qışqırıb və təhdid edib.

Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb edilib.

Polislərin uzun müddətli çağırışlarından sonra qadın uşaqla birlikdə evə girib.

Kişi isə xəstəxanaya aparılıb, vəziyyəti orta olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

COP29

www.yenicag.az

1174
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv