Dəhşətli qəzada ölənlərin sayı 4-ə çatdı

media-hightechnic-468x90

avtomza_110716_06Dünən Bakı-Şamaxı magistralının Qobustandan keçən hissəsində baş vermiş yol qəzasında ölən şəxslərin sayı 4-ə çatıb.

Yenicag.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 11-də saat 10 radələrində Qobustan şəhərində Ərəbşalbaş kənd sakini Süleyman Süleymanovun idarə etdiyi “KamAZ” və Balakən rayon sakini Hacı Quliyevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə H.Quliyevin sərnişinləri – Bakı şəhər sakinləri Sevil Rzayeva, bacısı Rəsmiyyə, Müşfiq Həsənov hadisə yerində ölmüş, özü və digər sərnişini, bacısı Ülkər xəstəxanaya yerləşdirilib.

Ağır yaralanan 1983-cü il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı xəstəxanada vəfat edib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600