Dəhşətli qəzanı törədən sürücü saxlanılıb-Foto+18
Avtobusla qəza törədib qaçan sürücü tutulub.
Əməliyyat Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Asəf Şirinovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Daewoo” markalı 82 saylı xətt avtobusunun sürücüsü, Qax rayon sakini Sərxan Eyvazlı olması müəyyən edilib. S.Eyvazlı tutularaq məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, oktyabrın 23-də Dərnəgül yolunda 82 saylı sərnişin avtobusu Dərnəgül istiqamətində hərəkət edərkən yolun əks istiqamətinə keçməyə cəhd edib.
Bu zaman yolu keçən piyadanı vurub. Piyada avtobusun altında qalıb.
Faktla bağlı araşdırmalar aparılır.