Dəhşətli təyyarə qəzasının səbəbi

media-hightechnic-468x90

KMO_152713_00112_1_t218_205709Rusiyanın Rostov-na-Donu şəhərində Dubaydan qayıdan Boeing-737 təyyarəsinin qəzaya uğramasının səbəbi pilotların səhvi olub.

Bu barədə “qara qutu”nun oxunmasından sonra məlum olub. Belə ki, təyyarənin endirilməsi zamanı pilotlar arasında münaqişə baş verib.

Pilotlardan biri hündürlüyə qalxmağa, sürət yığmağa cəhd edib. Digər pilot isə buna qarşı çıxaraq təyyarənin ön hissəsinin aşağı salınmasının düzgün olduğunu bildirib.

Pilotlardan biri “Dayan. Hara? Dayan! Dayan!” sözləri ilə digərini dayandırmağa çalışıb və eyni zamanda şturvalı itələyərək hündürlüyə qalxmağın qarşısını almağa çalışıb. Lakin bu alınmayıb və təyyarə yerə çırpılıb.

Səhvin hansı pilot tərəfindən edildiyi dəqiq deyil. Çünki, pilotların səsi oxşardır.

Qeyd edək ki, qəza zamanı 62 nəfər ölüb.(Azvision)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600