Dəhşətli yol qəzası baş verdi-Fotolar
Yenicag.az xəbər verir ki, Türkiyədə dəhşətli yol qəzası baş verib.
Beləki, avtomobil yoldan çıxaraq dərəyə tərəf yuvarlanıb. Bu zaman avtomobildə 5 nəfər olub. Qəzanı görənlər dərhal yardıma gələrək, avtomobilin ön hissəsinə daş parçaları qoyublar ki, maşın dərəyə aşmasın. Qəzada sürücünün 71 yaşındakı anası və 90 yaşlı digər sərnişin dünyasını dəyişib.
Yaralılar xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Polis araşdırmalara başlayıb.