Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dəhşətli zəlzələdə yaralananların sayı 729-a çatdı - Ölən var/VİDEO

22:13

İran-İraq sərhədində Kirmanşah əyalətində 6,4 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, İraqla sərhədə yaxın ərazidə yerləşən Kirmanşah əyalətində zəlzələ 7 km dərinlikdə baş verib.

Qeyd olunur ki, zəlzələ İran və İraqla birlikdə Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı, Küveyt də daxil olmaqla 6 ölkədə hiss olunub.

Zəlzələ nəticəsində dağıntılar,ölən və yaralananlar barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən il noyabrın 12-də Kirmanşah əylətində baş vermiş 7,3 ballıq zəlzələ nəticəsində 620 nəfər ölmüş, 12 mindən çox insan yaralanmışdı.

***

01:05

Kermanşah vilayətinin qubernatoru Huşeng Bazvend bildirib:

“Vilayətin üç şəhərdən – Gilyanqərb, Qəsri-Şirin və Serpol-Zehabdan 210 nəfər xəsarət alıb. Ölənlər barədə məlumat daxil olmayıb”.

***

08:04

İranda 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.

Bunda əlavə, İraq Kürdüstanı ərazisində 1 nəfər həlak olub, 43 nəfər isə yaralanıb.

Kermanşah əyalətində 20-dən artıq təkrar təkanlar qeydə alınıb.

Bu gün əyalətdə məktəblər və universitetlər fəaliyyət göstərməyəcək.

***

İranda baş verən zəlzələdə yaralıların sayı 729-a çatıb.

İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bu barədə məlumat verib. Onun sözlərinə görə, 37 nəfər xəstəxanaya yerləşdirilib.

Loading...

www.yenicag.az

14289
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100