Dələduzluq edən şirkətin sahibi tutuldu

media-hightechnic-468x90

10937561_903422313025242_1674990642_nfdfdDaxili İşlər Nazirliyinin adından istifadə edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran “Qala-2” Beynəlxalq Təhlükəsizlik Xidmətinin baş ofisinin önündə aksiya keçirilir.

Aksiyaya 200 nəfərə yaxın zərərçəkmiş qatılıb.

Qeyd edək ki, “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti adlı qurum işə düzəltmək adı ilə vətəndaşlardan 3500 manat dəyərində pul alır. Bu miqdarın 1000 AZN-i “şirinlik”, 2500 AZN-i isə depozit kimi götürülür. Şirkət depozit kimi ödənilən pulun yarısını maaş kimi verəcəyinə söz verir. Lakin şirkətin məsul şəxsləri pulu aldıqdan sonra götürdükləri öhtəlikərin heç birini yerinə yetirmir. Buna görə də, şirkətin dələduzluğundan əziyyət çəkən insanların bir qismi etiraz yolu ilə haqlarının bərpasına çalışır.

Zərəçəkənlər bildiriblər ki, dünənə qədər onlara pullarının qaytarılacağı deyilirmiş. Dünən isə şirkətin rəhbəri Vüqar Hüseynovun həbs olunduğu buna görə də pulların qaytarılmayacağı deyilib: “Buna görə də yığışmışıq Biləcəri qəsəbəsində yerləşən baş ofisin qabağına. Polis imkan vermir, əgər bizi buradan uzaqlaşdırsalar, Prezident Aparatının qarşısına gedəcəyik. Minlərlə insanın haqqı tapdanıb burda”.

Xatırladaq ki, “Qala-2” Beynəlxalq Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərib(aznews.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600