Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə banklar ilə bağlı olaraq analiz işini yekunlaşdırıb.
2016-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 23235 xəbər yerləşdirilib – bu xəbərlrədən 10800 xəbərdə konkret bank adı çəkilib: 10515-i neytral, 285-i isə mənfi xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”: DəmirBank (63 xəbər – Dəmirbank maxinasiyalari: dələduzluq etmək istəyən bu banka gəlsin), Unibank Kommersiya Bankı (40 xəbər – Unibankın intihar üsulu: insanlar banka görə ölümə hazırlaşır – şok), Zaminbank (30 xəbər – Zamin Bankda müdhiş dələduzluq).
|
1970 xəbər |
|
840 xəbər |
|
512 xəbər |
|
458 xəbər |
|
456 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1952 xəbər dərc edilib – 565 xəbərdə konkret bankın adı hallanıb.
Bu xəbərlərdən 562 xəbər neytral, 3-ü isə mənfi xəbərdir. DəmirBank (1 xəbər – Dəmirbank əmanətçilərin şikayətlərini təmin etmir), TuranBank (1 xəbər – Turanbankın yalan vədləri), Unibank Kommersiya Bankı (1 xəbər – Ölü bankların sayı artır) mənfi xəbərlər arasında liderdir.
Xəbər sayına görə sıralama:
|
176 xəbər |
|
48 xəbər |
|
30 xəbər |
|
28 xəbər |
|
22 xəbər |
İyun ayında televiziya kanallarında banklar haqqında 419 neytral xəbər göstərilib – 46 xəbərdə hər hansı bankın adı çəkilib.
Xəbər sayına görə sıralama:
- Beynəlxalq Bank 15 xəbər
- Bank Standard 8 xəbər
- Azər-Türk Bank 6 xəbər
- DəmirBank 3 xəbər
- Caspian Development Bank 3 xəbər
İyun ayında radio kanallarında banklar haqqında xəbər səslənməyib.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
www.yenicag.az