Dəmirəlin tarixə keçən sözləri… – “Dünənki günəşlə bu günki paltar qurutulmaz”
Süleyman Dəmirəl. Türk siyasətinə möhrünü vurmuş bir siyasi xadim. Özü bu gün gözlərini həyata yumsa da, sözləri əsrlərlə yaşayacaq… Əslində, prezidentlikdən getməsi ilə aktiv siyasətdə görünməyən, ancaq pərdəarxasında Dövlət Baba dedikdə, ağıla gələn ilk isimdi… 2000-ci ildən bu günə-tam 15 il arxadan siyasəti dizayn edən bir lider…. Tarixə keçən sözlərini qəsdən tərcümə etmədik… Nə qədər mükəmməl tərcümə olursa olsun, orjinalın ləzzətini vermir.
O sözlərə keçmədən, Dəmirəlin nurçular, nəqşibəndilər və digər dini qruplardan ən çox səs alan siyasətçi olduğuna diqqət çəkmək lazım. Yeri gələndə ən radikal dünyəvi olan Dəmirəl dindarlarla məşhur əhvəlatı indi də yaddaşlardan silinməyib: Dəmirəlin sədri olduğu Ədalət Partiyası seçkidə qalib gəldikdən sonra onu ziyarətə gələn nurçu liderlərdən biri deyib ki, “Biz sənə səs verdik. Sən də hökumətdə bizə bir nazirlik ver”. Dəmirəlin cavabı gecikməyib: “Sizə baş nazirliyi vermişəm, nazirliyi nə edəcəksiniz? Bu hökumətdə sizi mən təmsil edirəm. Məndən böyük nurçu varmı?” Rəvayətə görə, Dəmirəl bu təkliflə qapısına gələn süleymançıları da, millətçiləri də bu metodla susdururmuş…
Tarixə keçən sözlər:
- Türkeş Türk çocuğu, Ecevit halk çocuğu, Erbakan Müslüman çocuğu, biz o… çocuğu muyuz?
- Bana Türkiye’nin durumunu bir kelimeyle anlatın derseniz “iyidir” derim. İki kelimeyle anlatın derseniz “iyi değildir” derim.
- Bize plan değil, pilav lazım.
- Dünkü güneşle bugünkü çamaşır kurutulmaz.
- Ege bir Yunan gölü değildir. Ege bir Türk gölü de değildir. Binaenaleyh, Ege bir göl de değildir.
- Galibiyetin sahibi çoktur, mağlubiyetin sahibi yoktur. Yenilgi yetimdir.
- Meseleleri mesele etmezseniz ortada mesele kalmaz.
- Memlekette petrol vardı da şerbet yapıp biz mi içtik?
- Yağmur yağarken “ben ıslanmam” diyemezseniz.
- Elektriğin komünisti olur mu? Yazın biz Bulgaristan’dan elektrik alıyoruz. Kışın Bulgaristan bize elektrik veriyor.
- Dün dündür, bugün bugündür.
- Yollar yürümekle aşınmaz.
- Genelevleri kapatalım, millet bizimi sevsin, evladım?
Yenicag.az