Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Dəmirtaş millət vəkili qiyafəsinə salınmış Öcalandır”

timthumbTürkiyə mətbuatının verdiyi xəbərə görə, son günlər ərzində polisin İzmir vilayətinin bir neçə bölgəsində həyata keçirdiyi əməliyyatlar zamanı terror təşkilatına yardım edən onlarla şəxs saxlanıb.
İzmir polisindən əldə olunan məlumata görə, həyata keçirilən əməliyyatlar zamanı Xalqların Demokratik Partiyasının (HDP) İzmir vilayət təşkilatının sədri da saxlanıb.

Saxlananların evlərində axtarış aparılıb. Axtarış zamanı PKK-nı dəstəkləyən HDP üzvlərinin və sədrinin evindən dövlətçilik əleyhinə sənədlər tapılıb. Qeyd edək ki, bu partiya terrorçu təşkilat sayılan PKK-nın siyasi qolu sayılır. Rusiya ilə Türkiyə arasında baş verən qarşıdurma zamanı HDP-nin sədri Dəmirtaş Rusiyaya səfər etmişdi. Həmin vaxt Rusiya rəsmiləri onu böyük həvəslə qarşıladılar. Maraqlı olan digər hal isə həmin partiyanın Türkiyədə törədilən qanlı terroru pisləyən bəyanatla çıxış etməməsidir. Əksinə, onlara yaxınlığı ilə seçilən bəzi media quruluşları terrora dəstək verən ideyaların təbliğatı ilə məşğuldur. Maraqlıdır, indiyə kimi Dəmirtaş PKK əleyhinə bəyanat səsləndiribmi?

Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, Dəmirtaş heç vaxt elə bəyanat verməz:

“Əksinə, onun barəsində Türkiyə Prokurorluğu tərəfindən məhz PKK-nı dəstəklədiyinə və terror təbliğ etdiyinə görə cinayət işi açılıb. Dəmirtaşın rəhbərlik etdiyi partiya açıq şəkildə PKK-nın ideologiyasını yayır. Abdulla Öcalana olan simpatiyalarını gizlətmirlər. Cavan olmağına baxmayaraq, çox çevik manevrlər edən siyasətçidən Türkiyənin düşmənləri də məharətlə istifadə edir. Rusiya ilə Türkiyənin müharibə şəraitində olduğu və əsəblərin tam tarıma çəkildiyi bir zamanda onun necə rusların qucağına atıldığı yadınızdadırmı?

Hətta elə olur ki, Dəmirtaş və onun partiya üzvləri PKK-ya olan simpatiyalarını parlament tribunasından belə səsləndirir. Hesab edirəm ki, Türkiyə hökuməti həmin partiya və onun lideri Dəmirtaş barədə ciddi tədbir görməlidir. Əks halda, ölkənin başına başqa müsibətlər belə gələcək. Onlar, faktiki olaraq, Türkiyənin daxilində bölücülük, separatizmlə məşğul olur. Dəmirtaşa mən leqallaşdırılmış və millət vəkili qiyafəsinə salınmış Öcalan kimi baxıram”.

www.yenicag.az

380