Dənizdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib
Qaradağ rayonu ərazisində dənizdən tapılan meyitin ötən il dekabrın 14-də N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçulması nəticəsində həlak olmuş neftçiyə məxsus olduğu təstiqlənib.
Yeniçağ.az-ın Trend-ə məlumatına görə, meyitin şəxsiyyəti müəyyənləşib. Müayinə nəticəsində meyitin hadisə zamanı itkin düşən neftçi – N.Nərimanov adına NQÇİ-nin operatoru olmuş Azay Zülfüqarova məxsus olduğu təsdiqlənib.
Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və orada müayinə olunub. Meyitin bu gün A.Zülfüqarovun ailəsinə təhvil veriləcəyi bildirilir.