!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Depozit əmanətlərin sığortalanması müddəti artırılır

!Reklam – Yazi

Azərbaycanda əhalinin banklara depozit qoymasını stimullaşdırmaq üçün bütün qorunan əmanətlərin sığortalanması müddəti artırılır.

Trend-in məlumatına görə, bununla bağlı “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanacaq. Mövcud qanunda isə bu müddət 3 ildir.

2016-cı il 4 mart tarixindən qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” qanunun müddəti 2019-cu ilin martın 4-də bitir. Qanunun qüvvədə olma müddətinin bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.

COP29

www.yenicag.az

3410
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv