Deputat kimi yadda qalmayan Milli Məclis üzvü bununla GÜNDƏMƏ GƏLDİ – FOTO

Milli Məclisin üzvü Elşad Mirbəşiroğlunun həyətindən oğurluq edilib.

Yenicag.az xəbər verir ki, deputatın həyətindən velosiped oğurlanıb.

Elşad Mirbəşiroğlu Oxu.az-a açıqlamasında bu kimi halların geniş vüsət almaması üçün polisə müraciət etdiyini bildirib.

Maraqlısı isə budur ki, həyətindən velosiped oğurlanan Elşad Mirbəşiroğlu bu hadisəyə qədər ictimaiyyət arasında deputat kimi tanınmır. Vətəndaşlar sosial şəbəkələrdə belə bir deputatın varlığından xəbərsiz olduqlarını qeyd ediblər.