Deputat olmasalar da, deputat pensiyası alacaqlar... - SİYAHI

media-hightechnic-468x90

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra – 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

– İsa Həbibbəyli – 74 yaş
– Sədaqət Vəliyeva – 70 yaş
– Oktay Əsədov – 69 yaş
– Vahid Əhmədov – 76 yaş
– Fəzail Ağamalı – 76 yaş
– Sabir Rüstəmxanlı – 78 yaş
– Tahir Kərimli – 68 yaş
– Aqiqə Naxçıvanlı – 66 yaş
– Bəxtiyar Sadıqov – 72 yaş

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir./modern.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05