Milli Məclisin bir qrup deputatı noyabrın 8-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Parlamentdən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Erkin Qədirli Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər noyabrın 11-də başa çatacaq.
www.yenicag.az